Sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında ölkə çempionatı davam edir
Dekabrın 19-da Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatının ikinci gününün qarşılaşmaları başlayıb.

Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun təşkil olunan yarışın ikinci günündə sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcələrində mübarizə aparırlar.

Turnirin açılış mərasimi bu gün saat 16:30 başlayacaq.

Reqlamentə əsasən, çempionatın birinci günündə yunan-Roma güləşçiləri güclərini sınayıblar. Bu gün yunan-Roma güləşi üzrə medal görüşləri də keçiriləcək. Sərbəst güləşçilərin qızıl və bürünc medal uğrunda qarşılaşmaları isə dekabrın 20-də baş tutacaq.

Xəbər 752 dəfə oxundu.