Azərbaycan kubokunun dörddəbir final mərhələsinin hakim təyinatları açıqlanıb
Futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin cavab görüşləri üçün hakim təyinatları açıqlanıb.

Dekabrın 19-da baş tutacaq “Səbail”–“Zirə” görüşünü Rəvan Həmzəzadə, “Sumqayıt”–“Neftçi” oyununu isə Orxan Məmmədov idarə edəcək. Dekabrın 20-də keçiriləcək “Sabah”–“Qəbələ” qarşılaşması Əliyar Ağayevə, “Keşlə”–“Qarabağ” matçı isə nqilab Məmmədova tapşırılıb.

Qeyd edək ki, “Səbail”–“Zirə”, “Sabah”–“Qəbələ” qarşılaşmaları saat 16:00-da, “Sumqayıt” – “Neftçi” və “Keşlə”–“Qarabağ” oyunları isə 19:00-da start götürəcək.

Xəbər 759 dəfə oxundu.