Azərbaycanın futbol məşqçilərinə UEFA-nın “Pro” lisenziyası təqdim olunub
AFFA-nın Futbol Akademiyasında UEFA-nın “Pro” kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom və sertifikatlar təqdim olunub.

Azsport AFFA-nın saytına istinadla xəbər verir ki, kursun yekununda doqquz nəfər - “Zirə”nin baş məşqçisi Samir Abasov, “Sabah”ın baş məşqçisi Elşad Əhmədov, “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov, Ağdam təmsilçisinin futbolçusu Rəşad Sadıqov, “Neftçi"nin əvəzedici heyətinin baş məşqçisi Mahmud Qurbanov, 17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov, eləcə də Zaur Həşimov, Ramin Quliyev və Mik Bennett lisenziyaya layiq görülüblər.

Diplom və sertifikatları AFFA-nın Məşqçilər Komitəsinin sədri, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, texniki direktor Bernhard Lippert və kursların təlimatçısı Aslan Kərimov təqdim ediblər.

Xəbər 770 dəfə oxundu.