UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
Dekabrın 17-də UEFA-nın mənzil-qərargahında futbol üzrə UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün səkkizdəbir final mərhələsinin püşkatma mərasimi keçirilib.

Püşkün nəticələrinə əsasən, səkkizdəbir finalda aşağıdakı oyunlar keçiriləcək:

“Şalke” - “Mançester Siti”;

“Atletiko Madrid” - “Yuventus”;

“Mançester Yunayted” - “Paris-Sen-Jermen”;

“Tottenhem” – “Borussiya Dortmund”;

“Lion” - “Barselona”;

“Roma” - “Porto”;

“Ayaks” - “Real Madrid”;

“Liverpul” - “Bavariya”.

Qeyd edək ki, səkkizdəbir final mərhələsinin ilk oyunları fevralın 12-13-də və 19-20-də oynanılacaq. Cavab qarşılaşmaları isə martın 5-6-da və 12-13-də keçiriləcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının final matçı “Atletiko Madrid” klubunun ev oyunlarını keçirdiyi “Metropolitano” stadionunda oynanılacaq.

Xəbər 757 dəfə oxundu.