Yubiley viktorinası
“İdman” qəzeti ilə “Bakı” klubunun birgə layihəsi

“İdman” qəzeti 80 illik yubileyi münasibətilə “Bakı” futbol klubu ilə birgə oxucular arasında viktorinaya davam edir. Müsabiqənin üçüncü həftəsində 47 oxucumuzdan yalnız 4-ü hər 3 suala doğru cavab verib.
Müsabiqə davam edir.

Yarışın şərtləri belədir:
Ay ərzində qəzetimizin hər sayında “Bakı” futbol klubu ilə bağlı 3 (üç) sual dərc olunur. Hər ayın yekununa əsasən, suallara daha çox düzgün cavab verən iştirakçı qalib elan olunacaq.
Mükafatlar sahibinə sonrakı ayın ilk həftəsində “Bakı” klubu tərəfindən təqdim olunacaq. Qalib haqqında “İdman” qəzetində, idman.com.az saytında və Bakı futbol klubunun rəsmi saytında (fcbaku.com) məlumat dərc ediləcək.
Qeyd: Suallara cavab vermək istəyən oxucular 434-57-32 və 510-53-10 telefon nömrələrinə həftəiçi hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-a qədər zəng edə və ya cavabı günün istənilən vaxtında idman-sport@mail.ru elektron poçt ünvanına göndərə bilərlər.

Viktorinanın 4-cü həftəsinin sualları:
1. “Bakı” futbol klubunun tarixində ən böyük hesablı qələbəsi hansı komanda ilə oyunda qeydə alınıb?
2. “Bakı” futbol klubunun hansı futbolçusu 2009/10-cu ilin ən yaxşı yarımmüdafiəçisi seçilib?
3. “Bakı” futbol klubunun Avropa kuboklarında ilk rəqibi olmuş “Jilina” klubu “zolaqlılar”la səfər matçında meydana hansı rəngli forma ilə çıxmışdı?

Viktorinanın 3-cü həftəsinin sualları və cavabları:
1. “Bakı” futbol klubunun Avropa kuboklarında ilk qolunun müəllifi kim olub?
Cavab: 2005-ci ildə UEFA kubokunda keçirilmiş “Bakı” - “Jilina” (Slovakiya) görüşünün 78-ci dəqiqəsində yarımmüdafiəçi Ceyhun Sultanov komandasının qələbə topunu vurub.

2. “Bakı” futbol klubunun yetirməsi Hacı Əhmədov «A» milli komandamızın hansı oyununda debüt edib?
Cavab: Bu il Dubaydakı təlim-məşq toplanışı çərçivəsində Hindistan seçmə komandası ilə oyunda.

3. “Bakı” futbol klubu ilk dəfə hansı mövsümdə ölkə kubokuna sahib çıxıb?
Cavab: 2004/2005-ci il mövsümündə

Xəbər 982 dəfə oxundu.