“Renault” komandası öz yetirməsinin 2021-ci il Formula 1 yarışlarında iştirak etməsini arzulayır
“Renault”un gənclər proqramının rəhbəri Mia Şarizman bildirib ki, 2021-ci il Formula 1 yarışlarına əzmkar pilotun hazırlanması akademiyanın əsas vəzifəsidir.

Mia Şarizman deyib: “Akademiyanın məqsədləri daim uzunmüddətli olub – 2021-ci ilədək öz əzmkar pilotunu döyüş meydanına çıxarmaq. Biz bu sahədə tədricən addımlayırıq və hazırda məqsədimizə nail oluruq. Pilotlar komandada mühüm vəzifələri yerinə yetirməyə başlayırlar və bu, inkişafı davam etdirəcək.

Başa çatan il proqram üzrə işin üçüncü mövsümünün qurtarması və iki mərhələdən birinin bitməsi ilə əlamətdardır. Mövsüm haqqında fikirlərə gəldikdə, deyə bilərəm ki, o, ideal olmayıb. Lakin bu, az ehtimal olunurdu.

Söhbət təkcə qazanılmış titullardan deyil, həm də çıxışlardan gedir. Bu çıxışlar hansı yürüşçülərin inkişafını davam etdirməyin lazım olduğunu göstərir.

Xəbər 829 dəfə oxundu.