Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək
Bu gün gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha iki ilk oyunu keçiriləcək. Əvvəlcə yarışın ötən mövsümdəki finalçısı "Qəbələ" Premyer Liqanın debütantı "Sabah"ı qəbul edəcək. Bu komandalar cari çempionatda eyni – 17 xala malikdirlər və 4-5-ci pillələri bölüşürlər.

Rəqiblər ilk iki dövrədə evdə bir-birləri ilə görüşdə qələbə qazanıblar. "Qırmızı-qaralar" Qəbələdə 2:1 hesablı qalibiyyətə sevindikləri halda, "Sabah" tək qolla 3 xal əldə edib.

Günün digər oyununda çempion titulunun sahibi "Qarabağ" Azərbaycan Kubokunun sonuncu qalibi "Keşlə"ni qəbul edəcək. Bu komandaların Premyer Liqadakı sonuncu duelində ağdamlılar böyük hesabla qalib gəlib – 5:1. Əvvəlki qarşılaşmada isə 1:1-lik heç-heçə qeydə alınıb. "Qarabağ" çempionatda 30 xalla 2-ci, "Keşlə" isə 12 xalla 7-ci sıradadır.

Azərbaycan Kuboku 1/4 final mərhələsi, ilk oyunlar 16 dekabr (bazar) 14:00.

"Qəbələ" – "Sabah" Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cəmil Quliyev, İnqilab Məmmədov Hakim-inspektor: Fazil Mürşüdov AFFA nümayəndəsi: Eldar Qasımov Qəbələ şəhər stadionu 19:00.

"Qarabağ" – "Keşlə" Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Elşad Abdullayev, Rəşad Əhmədov Hakim-inspektor: Murad Məmmədov AFFA nümayəndəsi: Eldəniz Musayev Tofiq Bəhramov adına Respublika Stadionu

Xəbər 866 dəfə oxundu.