"Formula 1" üzrə Azərbaycan Qran-prisi 2018-ci il dünya çempionatının ikinci ən yaxşı yarışı seçilib
"Formula 1" üzrə Azərbaycan Qran-prisi 2018-ci il dünya çempionatının ikinci ən yaxşı yarışı seçilib.

"Formula 1"in rəsmi saytı vasitəsilə aparılan sorğuda 16 mindən çox azarkeş iştirak edib. Aparılan sorğuya əsasən birinci yeri 30 faiz səslə ABŞ Qran-prisi tutub. Bakı Şəhər Halqasının təşkil etdiyi mərhələ səslərin 13 faizini toplayaraq ikinci olub. Böyük Britaniya Qran-prisi isə 9 faiz səslə üçüncü yerə layiq görülüb.

Qeyd edək ki, gələn il Azərbaycan Qran-prisi aprelin 26-28-də start götürəcək.


Xəbər 916 dəfə oxundu.