Misir 2019-cu ildə keçiriləcək Afrika Millətlər Kubokuna ev sahibliyi etmək istəyir
Misir Futbol Assosiasiyası 2019-cu ildə keçiriləcək futbol üzrə Afrika Millətlər Kubokuna ev sahibliyi etmək üçün Afrika Futbol Konfederasiyasına (CAF) müraciət ünvanlayıb.

Bu barədə yerli KİV-lər Misir Futbol Assosiasiyasına istinadla xəbər yayıblar.

Bu mötəbər yarışa hazırlıq prosesinin zəif olması ilə əlaqədar CAF-ın Kamerunu ev sahibliyi hüququndan məhrum etməsindən sonra Misir belə bir addım atıb.

Afrika Millətlər Kubokunun final mərhələsinə ev sahibliyi uğrunda Mərakeş də mübarizə aparıb. Lakin bu ölkə sonradan öz təklifini geri götürüb. Misirlə yanaşı, Cənubi Afrika Respublikası da turnirə ev sahibliyi etmək üçün CAF-a müraciət edib.

Xəbər 727 dəfə oxundu.