Kaspi Liseyinin Ağ Şəhər filialında cüdo zalının açılışı olub
Kaspi Liseyinin Ağ Şəhər filialında cüdo zalının açılışı olub.

Azsport.az Azərbaycan Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, zal qurumun ölkəmizdə idmanın bu növünün kütləviliyinin artırılması istiqamətində reallaşdırdığı tədbirlər çərçivəsində istifadəyə verilib.

Federasiyanın nümayəndələri liseyin şagirdləri ilə görüşdə idmana göstərilən dövlət qayğısından, ölkəmizdə digər idman növləri kimi cüdonun da inkişafından, atletlərimizin qazandıqları nailiyyətlərdən danışıblar.

Liseyin rəhbərliyi bu təhsil müəssisəsində cüdo zalının fəaliyyətə başlamasına görə Azərbaycan Cüdo Federasiyasına təşəkkürünü bildirib.

Sonda məktəblilərə kimonolar təqdim olunub.

Xəbər 1055 dəfə oxundu.