“Araz”, yoxsa “Qala”?
Kişi basketbolçular arasında XIX Azərbaycan çemionatının final mərhələsinin oyunlarının keçirilmə vaxtı açıqlanıb. İdman.com.az saytının məlumatına görə, həlledici matçlar aprel ayının 28-də start götürəcək və qalib komanda mayın 19-da müəyyənləşəcək.

Final mərhələnin daha maraqlı keçməsi və basketbolun kütləviliyini təmin edilməsi məqsədi ilə I yer uğrunda oyunlar 3 qələbəyə kimi davam edəcək. Üçüncü yer uğrunda dueldə isə bürünc mükafatçın adı 2 qələbədən sonra dəqiqləşəcək.

Qeyd edək ki, matçlar Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq.

Super Liqa. Kişilər
28 aprel

Üçüncü yer uğrunda, I oyun
13.00. “NTL-Tudor” – “Çağ Öyrətim”

Final mərhələsi, I oyun
15.00. “Araz” – “Qala”


Xəbər 1077 dəfə oxundu.