JFA biletlərin qiymətini açıqladı
Yaponiya Futbol Assosiasiyası yığmasının Azərbaycan milli komandası ilə mayın 23-ə yoldaşlıq görüşünə biletlərin qiymətini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, Şizuoka şəhərindəki “Ekopa” stadionunda matça biletlər 50 – 20000 ien aralığında satılır. Yapon pulunu manatımıza çevirəndə, ən ucuz biletin təxminən 5 manat yaxın olduğunu deyə bilərik. Əvəzində ən bahalı bilet 194 manat təşkil edir. Bunu isə çox yüksək məbləğ saymaq olar. Hər halda, millimizin evdəki rəsmi oyunlarında ən bahalı bilet təxminən 50 manat olur.

Xəbər 904 dəfə oxundu.