Boks üzrə dünya çempionatının keçiriləcəyi yer müəyyənləşib
2019-cu ildə kişilər arasında boks üzrə dünya çempionatı Yekaterinburqda keçiriləcək.

Rusiya Boks Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, federasiya bu qərarı Sverdlovsk vilayətinin təklifi əsasında qəbul edib. Yarışlar "Yekaterinburq-EKSPO” Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək.

2017-ci ilin iyulunda Rusiyaya 2019-cu ilin dünya çempionatını təşkil etmək hüququ verilib. Əvvəlcə çempionatı Soçidə keçirmək planlaşdırılıb. Yekaterinburqda təşkil olunacaq boks üzrə dünya çempionatı 2019-cu ilin sentyabrına nəzərdə tutulub.

Xəbər 782 dəfə oxundu.