“Region Liqası” çərçivəsində “Alyans” futbol klubu “Salyan” komandasına qalib gəlib
Regionlarda futbola marağın artırılması, futbol komandalarına dəstək göstərilməsi məqsədilə yaradılan “Region Liqası”nda birinci dövrənin sonuncu turunun oyunları keçirilib.

Ölkəmizin cənub bölgəsini təmsil edən könüllülərdən ibarət “Alyans” futbol klubu Masallıda “Salyan” komandasını qəbul edib.

Gərgin idman mübarizəsi şəraitində davam edən görüş “Alyans”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Beş oyundan sonra 10 xal toplayan “Alyans” futbol klubu qrupun lideridir.

Qeyd edək ki, Azərbaycanda həvəskar futbol klublarının çıxış etdiyi “Region Liqası” 2017-ci ildən 5 zona üzrə fəaliyyət göstərir.

Xəbər 926 dəfə oxundu.