Həndbol üzrə Azərbaycan çempionatında ikihakimiyyətlilik yaranıb
Həndbol üzrə Azərbaycan çempionatında ikihakimiyyətlilik yaranıb.

Kişi həndbolçuların yarışında “Bakı” komandası “Məhsul” kollektivini məğlub edib - 22:21. Bu qələbədən sonra hər ikisinin 8 xalı olan “Məhsul” və “Bakı” komandaları çempionatda liderlik edirlər.

Günün digər oyununda isə “Təhsil” aktivində xal olmayan “U-16”nı məğlubiyyətə uğradaraq (31:25) aktivinə dördüncü xalı yazdırıb.

Xəbər 974 dəfə oxundu.