Pauerliftinq üzrə paralimpiya millimizin “Tokio 2020”yə hazırlığı müzakirə edilib
Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) pauerliftinq idmanı üzrə milli paralimpiya komandamızın üzvlərinin iştirakı ilə iclas keçirilib.

İclasda AMPK-nın sədri İlqar Rəhimov, milli komandanın baş məşqçisi, şəxsi məşqçilər və idmançılar iştirak ediblər.

İclasda 2020-ci ildə Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar məşqçi və idmançıların məlumatları dinlənilib, görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib. Müzakirələrin yekununda müvafiq qərarlar qəbul edilib.

AZƏRTAC

Xəbər 1283 dəfə oxundu.