Ağsuda rayon birinciliyi keçirilib
Ağsuda rayon Gənclər və İdman İdarəsi və Uşaq-gənclər idman-şahmat məktəbinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan məktəblilər arasında dama idman növü üzrə rayon birinciliyi keçirilib.

Olimpiya üsulu ilə keçirilən yarışlarda iki yaş qrupundan (10 və 16 yaş) ümumilikdə 32 məktəbli iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışlar üç gün davam edib və dekabrın 8-də başa çatıb.

Hər yaş qrupunda I, II və III yerlərə layiq görülən idmançılara gənclər və idman idarəsinin diplomları verilib.

Xəbər 858 dəfə oxundu.