Ekklstoun F1 Mayami və London mərhələlərinin keçiriləcəyinə inanmır
Formula 1-in keçmiş rəhbəri Berni Ekklstoun hesab edir ki, dünya çempionatının yeni rəhbərliyi Mayami və Londonda heç vaxt F1 mərhələlərini təşkil edə bilməyəcək.

Ekklstoun deyib: “Mayamidə heç vaxt yürüş olmayacaq. Amerikanlar yeni mərhələlərin təşkili ilə bağlı həddindən çox tələsirlər. Onlar 25 yürüş keçirmək niyyətində olduqlarını bəyan etmişdi, lakin indi bunu necə həyata keçirəcəklərini bilmirlər. Vyetnam mərhələsinə gəldikdə isə, mənim orada yürüş təşkil etmək imkanım olub, amma bu ölkənin vətəndaşları ilə söhbət etsəniz, onların heç də hamısı nədən söhbət getdiyini bilmir. Orada mərhələ keçirməyə ehtiyac olub olmadığını bilmirəm.

Londonla bağlı variantı bir neçə il əvvəl nəzərdən keçirmişik. Orada həddindən çox maneələr var və bütün bunlar mürəkkəb hal alıb. Biz, sadəcə, bunu unutmuşuq”.

Xəbər 972 dəfə oxundu.