Atıcılarımız Londonda yarışırlar
Londonda atıcılıq üzrə keçirilən Olimpiya test yarışları davam edir.

10 metr məsafəyə atəş açmada 68-ci olan İradə Aşumova 25 m məsafəyə atəş açmada 26-cı yeri tutub. Digər güllə atıcımı Ruslan Lunyov isə 43-cü pillədə qərarlaşıb (10 m).

Stend atıcılarımızdan Olimpiya çempionumuz Zemfira Meftahətdinova 13-cü, Emin Cəfərov 54-cü olub.

Qeyd edək ki, yarış aprelin 29-na kimi davam edəcək.

apasport.az

Xəbər 1281 dəfə oxundu.