“Barselona” klubu 3 illik fasilədən sonra qara zolağa düşüb
İspaniyanın “Barselona” klubu 3 illik fasilədən sonra qara zolağa düşüb. Ötən həftə keçirdiyi qarşılaşmalarda ardıcıl 2 məğlubiyyət alan Kataloniya təmsilçisi sonuncu dəfə 2009-cü ilin mayında belə üzüntü yaşamışdı.

Əvvəl Çempionlar Liqasında “Çelsi”yə 0:1 uduzan “Barselona” ardından Primerada “Real” qarşısında aciz qaldı – 1:2. Xosep Qvardiolanın yetirmələri 3 il əvvəl də yazda məğlubiyyətləri sıralamışdı. Həmin vaxt mayda keçirilən 2 çempionat görüşündə barselonalılar xalsız qalmışdı. Əvvəl “Malyorka”ya 1:2 hesabı ilə uduzan Qvardiolanın yetirmələri ardınca “Osasuna”dan 1 cavabsız qol buraxmışdı.



Xəbər 976 dəfə oxundu.