Veteran futbolçu Rober Pires Bakı Olimpiya Stadionunda olub
Gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyununa hazırlıq kampaniyası çərçivəsində Bakıda səfərdə olan əfsanəvi fransalı yarımmüdafiəçi dünya və Avropa çempionu Rober Pires dekabrın 4-də təşkil olunan futbol festivalında iştirak edib.

Bakı Olimpiya Stadionunda aşağı yaş qruplarından ibarət komandalarda çıxış edən uşaqlar üçün təşkil olunan festivalda R.Pires AFFA-nın baş katibi Elxan Məmmədov, veteran futbolçu, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün səfiri Vəli Qasımov və AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə ilə birlikdə uşaqların məşqini izləyiblər.

Bakı Olimpiya Stadionu ilə tanış olan fransalı veteran futbolçu uşaqlarla xatirə şəkilləri çəkdirib, onlara avtoqraf verib.

Xəbər 791 dəfə oxundu.