AFFA-nın əməkdaşı “Qalatasaray”–“Porto” oyununun UEFA nümayəndəsi olacaq
AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, S.Hacıyev futbol üzrə UEFA Gənclər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qalatasaray”–“Porto” oyununun UEFA nümayəndəsi olacaq.

Oyun dekabrın 11-də İstanbuldakı “Esenyurt Necmi Kadıoğlu” stadionunda keçiriləcək.

Xəbər 810 dəfə oxundu.