“Sumqayıt”dan 60-cı qələbə
Topaz Premyer Liqasının XIII turu “Sumqayıt” üçün yubiley qələbəsi ilə əlamətdar olub. Yeni baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi altında ilk dəfə 3 xala sevinən Gənclik şəhəri təmsilçisi Premyer Liqada 237-ci matçında 60-cı qələbəsini qazanıb. Bu müddətdə "Sumqayıt" 63 heç-heçə edib, 114 dəfə uduzub. Qələbələrdən isə 41-i ev, 19-u səfər oyunlarında qeydə alınıb.

Qeyd edək ki, “Sumqayıt” Azərbaycan çempionatları tarixində ən çox qələbə qazanan komandalar siyahısında 19-cudur.

Xəbər 1368 dəfə oxundu.