“Neftçi”nin çempionluğu ertələndi, “Bakı” son pillədən qurtuldu
Unibank Premyer Liqada XXIX tura yekun vurulub. İdman.com.az saytının məlumatına görə, “Neftçi” çempionluğu bu tur həll olunmayıb. Lider “Xəzər Lənkəran”la səfərdə keçirdiyi görüşdə uduzub. Ancaq bakılılar bu nəticə ilə belə qızıl medalçı ola bilərdi. Bu, “İnter”in “Qəbələ” ilə heç-heçə edəcəyi təqdirdə baş verəcəkdi; “ağ-qaralar”dan 9 xal geri qalacaqdı. “Bankçılar” paytaxtlılarla arasındakı oyuna görə uduzduğundan (“Neftçi” final mərhələsində hər 2 matçda qalib gəlib), bayraqdarın çempion olacağı rəsmiləşəcəkdi.

Ancaq “beynəlmiləlçilər” hesabda geridə olduğu oyunda əzmkar qələbə qazanaraq gərginliyi saxlayıb. “Qarabağ” çempionluq şansını rəsmən hesabat turunda itirib. Belədə, 2 paytaxt təmsilçisi Unibank Premyer Liqamızın qalibi ola bilər. Ancaq “Neftçi” 2-ci pilləyə yüksələn “İnter”i 8 xal qabaqladığından, artıq növbəti çempionluğunu rəsmiləşdirə bilər. Komanda növbətin həftə sonu “Qarabağ”ı, “İnter” “Xəzər Lənkəranı qəbul edəcək.

“Bakı” final mərhələsində ən çox xal toplayan (12 xal – 4 qələbə və 2 məğlubiyyət) komanda olub. Onlar bunu səfərdə “Qarabağ”a gözəl oyun sayəsində qalib gəlməklə gerçəkləşdiriblər.

Unibank Premyer Liqası. XXIX tur
22 aprel

“Qarabağ” – “Bakı” - 2:4
Qol: Georgi Adamiya, 33, Muarem Muraem, 88 - Denis İvanov, 14, Deyvidas Çesnauskis, 62, Aleksandr Şoliç, 65, Namiq Yusofov, 76-öz qapısına
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Fuad Həsənov
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu

“Xəzər Lənkəran” – “Neftçi” - 1:0
Qol: Rikardo Qomes, 52
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Yaşar Abbasov, Teymur Fərhadov
Lənkəran. Şəhər mərkəzi stadionu

“İnter” – “Qəbələ” - 2:1
Qol: Nizami Hacıyev, 25, İbrahima Niasse, 31 - Dodo, 8
Hakimlər: Elvin Əsgərov, Elman Musayev, Mübariz Haşımov, Fariz Yusifov
Bakı. “Şəfa” stadionu

“Kəpəz” – AzAL - 0:2
Qol: Sabir Allahquliyev, 55-öz qapısına, Georgi Bogyu, 65
Gəncə. Şəhər stadionu


Xəbər 1164 dəfə oxundu.