İsmayıllıda cüdo üzrə açıq rayon birinciliyində 266 idmançı mübarizə aparıb
İsmayıllı Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının təsdiq etdikləri əsasnaməyə uyğun olaraq, ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan cüdo idman növü üzrə 2007-2008-ci il və 2009-2010-cu il təvəllüdlü idmançılar arasında açıq rayon birinciliyi keçirilib.

Açıq birincilikdə İsmayıllı, Şamaxı, Qobustan, Qəbələ, Oğuz, Gəncə və Bakıdan olan 266 idmançı öz gücünü sınayıb.

Yarışlardan əvvəl məşqçi müəllim Əkbər Şəfaqətov, gənclər və idman idarəsinin rəis müavini Rauf Rəcəbov çıxış edərək ulu öndər Heydər Əliyevin zəngin həyatı, ictimai-siyasi fəaliyyəti, Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizə barədə ətraflı danışıb, idmançılara uğurlar arzulayıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmalarda hər çəki dərəcəsində qalib gələrək I, II və III yeriləri qazanan idmançılar gənclər və idman idarəsinin diplom və medalları ilə təltif olunublar.

Xəbər 766 dəfə oxundu.