Sambo üzrə tələbələr arasında dünya çempionatı keçiriləcək
Dekabrın 6-da Serbiyanın Novi Sad şəhərində sambo üzrə tələbələr arasında dünya çempionatı start götürəcək.

Yarışlarda ölkəmizi yeniyetmələr arasında Avropa birinciliyinin bürünc mükafatçısı Abdulla Abdullayev (74 kq) təmsil edəcək.

Dünya çempionatına dekabrın 9-da yekun vurulacaq.

Xəbər 1187 dəfə oxundu.