London olimpiadasına 36-cı vəsiqəni Yuliya Ratkeviç qazandı!
Bu gün Bolqarıstan paytaxtı Sofiyada Avropa olimpiya təsnifat turnir başa çatır. İdman.com.az saytının məlumatına görə, yarışın son günündə yunan-Roma güləşçiləri ilə yanaşı, xanım pəhləvanlar da mübarizə aparıblar.

Təmsilçilərimizdən uğurlu nəticəni 55 kq-da çıxış edən Yuliya Ratkeviç qazanıb. O, yarımfinalda finlandiyalı Maarit Ollini üstələyərək, London olimpiadasına növbəti lisenziyamızı qazanıb.

Qadın güləşçilərimizdən buna qədər Mariya Stadnik (48 kq) oyunlara vəsiqə əldə etmişdi. Bununla da, Londona qazanılmış lisenziyaların sayı 36-ya çatıb.


Xəbər 1029 dəfə oxundu.