Boks üzrə Azərbaycan çempionatının qalibləri məlum olub
Dekabrın 1-də kişi boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib.

Boks İdman Mərkəzində keçirilən çempionatın müxtəlif çəki dərəcələri üzrə final qarşılaşmalarında qalib gələn Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq), Elnur Süleymanov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rövşən Yaqubzadə (91 kq), Məhəmməd Abdullayev (+91 kq) Azərbaycan çempionu adına sahib olublar.

Noyabrın 26-da start götürən ölkə çempionatında 28 komandadan 138 idmançı mübarizə aparıb.

Xəbər 851 dəfə oxundu.