Bu gün kişi boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşəcək
Dekabrın 1-də kişi boksçular arasında Azərbaycan çempionatının final mərhələsinə start veriləcək.

Qızıl medal uğrunda yarışda gün ərzində 10 döyüş baş tutacaq.

Olimpiya Oyunlarının gümüş mükafatçısı Lorenzo Sotomayor istisna olmaqla yığmamızın bütün üzvləri final mərhələsində güclərini sınayacaqlar.

L.Sotomayor yarımfinalda Elnur Süleymanova məğlub olub.

Azərbaycan çempionatında 28 komandadan 138 idmançı mübarizə aparıb.

Xəbər 930 dəfə oxundu.