Son gündə 5 vəsiqə uğrunda
Bolqarıstan paytaxtı Sofiyada keçirilən Avropa olimpiya təsnifat turniri bu gün başa çatır. İdman.com.az saytının məlumatına görə, yarışın son günündə yunan-Roma güləşçiləri ilə yanaşı, xanım pəhləvanlar da mübarizə aparacaqlar.

Reqlamentə əsasən, Avropa təsnifat turnirində hər çəki dərəcəsində yalnız 2 idmançı (finalçılar) London Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Püşkatmanın nəticələrinə əsasən, güləşçilərimizin ilk rəqibləri artıq bəllidir:
96 kq 1/8 final - GADABADZE, Shalva (AZE) - KNEZEVIC, Nikola (MNE)

120 kq 1/8 final - PROKHOROV, Maksim (AZE) - BOEHRINGER, Ralf Walter (GER)
55 kq 1/8 final - GOMIS, Anna (FRA) - RATKEVICH, Yuliya (AZE)
63 kq 1/8 final - NETREBA, Irina Petrovna (AZE) - FOCKEN, Aline (GER)
72 kq 1/8 final - ADAR, Yasemin (TUR) - IVANOVA, Dina (AZE)

Xəbər 1042 dəfə oxundu.