AFFA-nın baş katibi UEFA Uşaq Fondunun İdarə Heyətinin iclasında iştirak edib
İsveçrənin Nyon şəhərində UEFA Uşaq Fondunun (UEFA Foundation for children) İdarə Heyətinin növbəti iclası keçirilib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi, fondun İdarə Heyətinin üzvü Elxan Məmmədovun iştirak etdiyi iclasda dünya idmanının tanınmış simalarından biri, boks idman növündə çoxsaylı uğurlara imza atmış Vitali Kliçko UEFA Uşaq Fonduna yeni üzvü seçilib.

Xatırladaq ki, AFFA-nın 2017-ci ildə irəli sürdüyü “Brave Hearts” (Cəsur ürəklər) adlı layihə UEFA Uşaq Fondu tərəfindən təsdiq olunub, layihə əsasında fondun maliyyə dəstəyi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində inşa edilmiş süni örtüklü meydançada uşaqlar arasında turnir keçirilib.

Xəbər 1003 dəfə oxundu.