“Azərreyl” voleybol klubu “Challenge Cup”da mübarizəni dayandırıb
Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu “Challenge Cup”da cavab oyununu keçirib.

Bakı təmsilçisi 1/16 final mərhələsində növbəti dəfə Belçikada yerli “Hermes Ostende” klubu ilə qarşılaşıb.

“Mister V-Arena”da keçirilən görüş Belçika təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında Belçikada təşkil olunan ilk oyunda da “Azərreyl” eyni hesabla məğlub olub. Beləliklə, iki oyunun nəticəsində görə, Bakı təmsilçisi “Challange Cup”da mübarizəni dayandırıb.

Xəbər 1395 dəfə oxundu.