Dünya çempionu olan astaralı idmançı ilə görüş keçirilib
Bakıdakı “Sərhədçi” Olimpiya İdman Kompleksində uşaqlar, yeniyetmələr, kişilər, qadınlar və veteranlar arasında keçirilən alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatında astaralı idmançı qızıl medal qazanıb.

Dünya çempionatında Azərbaycanla yanaşı, daha 17 ölkədən 500-dək idmançı qələbə uğrunda mübarizə aparıb.

Yarışda ölkəmizi 90 kiloqram çəki dərəcəsində təmsil edən astaralı idmançı Ağadədə Əliyev birinci yeri tutaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

A.Əliyevi yarışa Azərbaycan Qarışıq Döyüş Növləri Mərkəzinin vitse-prezidenti, V Dan qara kəmər ustası, məşqçi-müəllim Nəzərəli Əliyev hazırlayıb.

Astara rayon gənclər və idman idarəsində dünya çempionu ilə keçirilən görüşdə idarənin rəisi Ərçə Əliyev Ağadədə Əliyevi və onun məşqçisi Nəzərəli Əliyevi böyük uğur münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb.

Xəbər 895 dəfə oxundu.