5 ildən sonra “El Klassiko”nu “Real” qazandı
“Barselona” ilə “Real” arasında yubiley matçı - “El Klassiko” keçirilib. İdman.com.az saytının məlumatına görə, 250-ci matç madridlilərin vacib qələbəsi ilə nəticələnib – 2:1. Bununla da “Kral klubu” “Nou Kamp” stadionunda əzəli rəqibinə qalib gəlməklə, çempionluq məsələsini demək olar həll edib.

Oyunda hesabı 17-ci dəqiqə qonaqların almaniyalı yarımmüdafiəçisi Sami Hedira açıb. “Barsa” yalnız 70-ci dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq olub ki, yenicə meydana çıxan çilili hücumçu Aleksis Sançes fərqlənib. Ancaq bundan cəmi 3 dəqiqə sonra portuqaliyalı hücumçu Kriştianu Ronaldo qələbə topunu vurub. Nəticədə əzəli rəqibi ilə xal fərqini 7-yə yüksəldən Madrid təmsilçisi sona 4 tur qalmış 78 xalla vahid liderliyini davam etdirir.

Xəbər 1169 dəfə oxundu.