Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri Milli Paralimpiya komitələri birgə memorandum imzalayacaq
Beynəlxalq Paralimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Birləşmiş Ərəb Əmirlikləri Paralimpiya Komitəsinin prezidenti, bu Olimpiya Komitəsinin vitse-prezidenti Mohamed Alhameli Bakıda səfərdədir.

Qonaq səfər çərçivəsində gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov ilə görüşüb.

Görüşdə qarşılıqlı əməkdaşlıq sahəsində müzakirələr aparılıb. Müzakirələr nəticəsində 2019-cu ilin fevralında Azərbaycan Milli Paralimpiya Komitəsi ilə BƏƏ Paralimpiya Komitələri arasında birgə əməkdaşlıq barədə memorandumun imzalanması qərara alınıb.

Xəbər 1084 dəfə oxundu.