MOKA “Pxençan-2018” Qış Olimpiya Oyunlarının qaliblərini mükafatlandırıb
Tokioda keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının XXIII Baş Assambleyası çərçivəsində sayca beşinci möhtəşəm “ANOC Awards 2018” mərasimi keçirilib.

206 Milli Olimpiya komitəsi, beynəlxalq idman federasiyalarının nümayəndələrinin, həmçinin Beynəlxalq Olimpiya Komitəsi və qarşıdakı Olimpiya oyunlarının təşkilat komitələrinin iştirakı ilə keçirilən mərasimdə qış idmanı növlərinin daha parlaq və nüfuzlu təmsilçiləri fəxri mükafatlara və diplomlara layiq görülüblər.

İdmançıları Qış Olimpiya Oyunlarında ilk dəfə iştirak edən Milli Olimpiya komitələrinə də MOKA-nın fəxri diplomları təqdim edilib.

Hər kateqoriya üzrə qaliblər MOKA, Qış Olimpiya İdman Növləri Beynəlxalq Assosiasiyası, qitələr üzrə Olimpiya assosiasiyalarının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən müəyyən olunub.

Xatırladaq ki, noyabrın 28-də Tokioda öz işinə başlayan MOKA-nın XXIII Baş Assambleyası bu gün başa çatır.

Xəbər 1227 dəfə oxundu.