Azərbaycan millisi FIFA-nın reytinqində mövqeyini qoruyub | |
FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azsport.az AFFA-ya istinadla xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1206 xalla 107-ci pillədə qərarlaşıb. FIFA-nın reytinq siyahısında ilk üçlük də dəyişməyib. Belə ki, Belçika 1727 xalla birinci, Fransa 1726 xalla ikinci, Braziliya isə 1676 xalla üçüncü yerdədir. |
|
Xəbər 875 dəfə oxundu. |
|
|