Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar
Dekabrın 4-dən 9-dək Sankt–Peterburqda stolüstü tennis üzrə N.Q.Nikitinin xatirəsinə həsr olunan XIX beynəlxalq turnir start götürəcək.

Beynəlxalq turnirdə oğlanların yarışında Adil Əhmədzadə, Toğrul Məhəmmədov, Hüseyn Eylazov, qızların mübarizəsində isə Mehriban Dadaşova, Fatimə Cəfərova, Arzu Aslanova güclərini sınayacaqlar.

Yığma komandamızın Sumqayıt şəhərindəki təlim-məşq toplanışı dekabrın 3-dək davam edəcək.

AZƏRTAC

Xəbər 1192 dəfə oxundu.