Bu gün UEFA Çempionlar Liqasında V tura yekun vurulacaq
Noyabrın 28-də UEFA Çempionlar Liqasında V turda daha səkkiz oyunu oynanılacaq.

“A”, “B”, “C” və “D” qruplarında oyunları ilə V tura yekun vurulacaq.

Günün mərkəzi qarşılaşması Fransada baş tutacaq. Fransanın “Pari Sen-Jermen” klubu İngiltərənin “Liverpul” klubu ilə münasibətlərə aydınlıq gətirəcək.

“C” qrupun digər oyununda İtaliya təmsilçisi “Napoli” doğma azarkeşlər önündə Serbiyanın “Crvena Zvezda” kollektivinin müqavimətini qırmağa çalışacaq. Qrupda hazırkı vəziyyət belədir: “Napoli” (6), “Liverpul” (6), “Pari Sen-Jermen” (5), “Crevena Zvezda” (4).

Günün digər maraqla gözlənilən oyunu İngiltərədə oynanılacaq. “Tottenhem” “Uembli” stadionunda İtaliyanın “İnter” klubu ilə qarşılaşacaq. London təmsilçisi qrupdan çıxmaq üçün mütləq qələbə qazanmalıdırsa, italyanlara növbəti mərhələyə vəsiqə qazanmaq üçün heç-heçə də kifayət edir. Qrupda növbəti mərhələyə vəsiqəni təmin edən İspaniyanin “Barselona” klubu isə səfərdə Hollandiyanın PSV komandası ilə üz-üzə gələcək.

“B” qrupunda xal durumu: “Barselona” (10), “İnter” (7), “Tottenhem” (4), PSV (1).

“A” və “D” qruplarında aşağıdakı oyunlar keçiriləcək:

A qrupu

“Atletiko Madrid” (İspaniya) – “Monako” (Fransa)

“Borussiya” (Dortmunt, Almaniya) – “Brügge” (Belçika)

“D” qrupu


“Lokomotiv” (Rusiya) – “Qalatasaray” (Türkiyə)

“Portu” (Portuqaliya) – “Şalke” (Almaniya).

UEFA-nın yeni reqlamentinə əsasən, “Atletiko Madrid” – “Monako”, “Lokomotiv” – “Qalatasaray” matçları Bakı vaxtı ilə saat 21:45-də, qalan oyunlar saat 12-də start götürəcək.

Xəbər 773 dəfə oxundu.