Sambo üzrə açıq Bakı çempionatının qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Olimpiya İdman Kompleksində sambo üzrə açıq Bakı çempionatı keçirilib.

BŞGİBİ-dən bildiriblər ki, çempionatda idmançılar 9 çəki dərəcəsi üzrə qüvvələrini sınayıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Nurlan İsmayılov (52 kq), Mehman Mehdizadə (57 kq), Ənvər Qarayev (62 kq), Fuad Məmmədov (68 kq), Heydər Həşimov (74 kq), Nicat Orucov (82 kq), Qurban Qurbanov (90 kq), Məhərrəm Zeynalov (100 kq) və Nadir Hüseynov (100 kq-dan yuxarı) qızıl medal qazanıblar.

Mükafatçılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim olunub.

Xəbər 1215 dəfə oxundu.