2021-ci ildə qadın komandaları arasında Avropa çempionatı Serbiyada keçiriləcək
Avropa Voleybol Konfederasiyası 2021-ci ildə qadın komandaları arasında Avropa çempionatının keçiriləcəyi ölkəni müəyyənləşdirib.

Azsport.az saytının verdiyi xəbərə görə, çempionatın təşkili Serbiyaya həvalə olunub.

Qeyd edək ki, 2019-cu il Avropa çempionatı dörd ölkədə (Polşa,Türkiyə,Macarıstan və Slovakiya) keçiriləcək. Azərbaycan millisi gələn il çempionatda oynamaq hüququnu artıq özünə təmin edib.

Xəbər 893 dəfə oxundu.