Sərbəst güləşçilər Əhməd Kadırovun xatirə turnirində qüvvələrini sınayacaqlar
Noyabrın 24-də Çeçenistanın paytaxtı Qroznıda sərbəst güləş üzrə “Əhməd Kadırov” turniri start götürəcək.

İkigünlük ənənəvi yarışda ölkəmizi İslam Bazarqanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Ənvərbəy Dalqatov (65 kq), Ağahüseyn Mustafayev, Murtuzəli Müslümov (hər ikisi 70 kq), Abubakr Abakarov, Hacımurad Hacıyev (hər ikisi 74 kq), İbrahim Yusubov (79 kq), Murad Süleymanov (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Aslanbek Alborov (125 kq) təmsil edəcəklər.

Güləşçilər yığma komandanın böyük məşqçisi Zəlimxan Hüseynovun və məşqçi Sadruddin Ayqubovun rəhbərliyi ilə mübarizə aparacaqlar.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edəcək.

Xəbər 772 dəfə oxundu.