Yığmamızın rəqibləri müəyyənləşib
Futbol üzrə 17 yaşadək qadınlardan ibarət Azərbaycan yığma komandasının Avropa çempionatının 2019/2020-ci mövsümünün seçmə mərhələsindəki rəqibləri məlum olub.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, yığmamız 5-ci qrupda Norveç, Sloveniya və Farer adaları komandaları ilə mübarizə aparacaq.

Millimiz gələn il oktyabrın 17-də Sloveniya, üç gün sonra Norveç, ayın 23-də isə Farer adaları ilə qarşılaşacaq.

Beşinci qrupun oyunlarına Farer adaları ev sahibliyi edəcək.

Xəbər 815 dəfə oxundu.