Binəqədi rayonunda voleybol üzrə yarışlar yekunlaşıb
Binəqədi rayonunda “Məktəblər arasında respublika çempionatı” çərçivəsində qızlar arasında voleybol idman növü üzrə rayondaxili mərhələ yekunlaşıb.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Məktəblər arasında respublika çempionatı” çərçivəsində 20-21 noyabr 2018-ci il tarixində 248 №-li tam orta məktəbdə voleybol (qızlar) idman növü üzrə rayondaxili mərhələ keçirilib.

Yarışın nəticəsinə görə? birinci yeri 182 nömrəli tam orta məktəbin komandası, ikinci yeri 314 nömrəli tam orta məktəbin komandası, üçüncü yeri 143 nömrəli tam orta məktəbin komandası tutublar.

Qeyd edək ki, voleybol (qızlar) idman növü üzrə respublika çempionu olan məktəb komandası Xorvatiyanın Poreç şəhərində keçirilən məktəblərin dünya çempionatında ölkəmizi təmsil edəcək.

Xəbər 1378 dəfə oxundu.