Jaba Azərbaycan klublarından təklif alıb
Qış fasiləsi dönəmində "Bakı"dan ayrılaraq Türkiyənin "Antalyaspor" klubuna transfer olan Jaba yenidən Azərbaycandan təklif alıb. İdman.com.az saytının məlumatına görə, bu barədə futbolçunun meneceri Çağrı Arslan açıqlama verib. Arslan hücumçunun Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan klublarından təkliflər aldığını, lakin futbolçunun Türkiyədə qalmaq istədiyini bildirib. Futbolçu isə bunu Türkiyəyə daha tez uyğunlaşdığını və artıq özünü bir türk kimi hiss etməsi ilə əlaqələndirib.

Xəbər 1140 dəfə oxundu.