Beynəlxalq turnirdən qızıl medal
İsrailin Ramat-Qan şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.

Bu yarışda ölkəmizi təmsil edən gənclərdən ibarət qrup hərəkətləri komandamız (Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Nəzrin Cəfərzadə, Selcan Hacızadə, Fatimə Əkbərova, Ləman Əlimuradova) qızıl medal qazanıb. Qızlarımız öz kompozisiyalarını səhvsiz icra edərək, hakimlərdən 16.000 xal alıblar və bununla da fəxri kürsünün ilk pilləsinə yüksəliblər. 

Xəbər 689 dəfə oxundu.