Azərbaycan taekvondoçuları “Kiev Open” beynəlxalq turnirində dörd qızıl medal qazanıblar
Ukraynada keçirilən “Kiev Open” beynəlxalq taekvondo yarışında iştirak edən Azərbaycan taekvondoçularının hamısı Vətənə medallarla qayıdıblar.

Ukrayna, Belarus, Moldova, Gürcüstan, Rumıniya və Latviya təmsilçilərinin iştirak etdikləri yarışda Azərbaycanı “Grand Master” və “Abşeron” taekvondo klublarının üzvləri iştirak ediblər.

Yarışda “Grand Master” taekvondo klubunun idmançıları Fatimə İsmayılzadə, Nigar Abdullayeva və Xədicə İsmayılova qızıl medal qazanıblar. “Abşeron” klubunun üzvləri Səadət Abbasova birinci, Əlağa Abbasov ikinci, Mədinə Səfərova isə üçüncü yerə layiq görülüblər.

Xəbər 1010 dəfə oxundu.