“Qəbələ” 3-cüdür
Türkiyədəki 3-cü beynəlxalq Quşadası turnirində çıxışını davam etdirən “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası növbəti oyunlarını keçirb. İdman.com.az saytının məlumatına görə, günün ilk matçında təmsilçimiz yerli “Göztəpə” klubu ilə üz-üzə gəlib. Turan Manafovun yeganə qolu komandamıza minimal hesablı qələbə qazandırıb - 1:0.

İkinci görüşdə İngiltərənin “Nyukasl” komandası ilə qarşılaşan “qara-qırmızılar” meydançadan qolsuz bərabərliklə ayrılıb.
Bu nəticələrdən sonra “Qəbələ” 5 xalla 3-cüdür. Qrupa 7 xal toplayan yerli “Dardanelspor” komandası başçılıq edir.
Aprelin 21-də “Qəbələ” Danimarkanın “Nordsyalend” klubu qarşılaşacaq.

Xəbər 1001 dəfə oxundu.