Binəqədi rayonunda məktəblər arasında atletika idman növü üzrə yarışlar yekunlaşıb
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Məktəblər arasında respublika çempionatı” çərçivəsində noyabrın 15-də 283 nömrəli tam orta məktəbdə atletika idman növü üzrə rayondaxili mərhələ keçirilib.

Yarışda rayonun 32 orta ümumtəhsil müəssisəsi iştirak edib. Yarışın nəticəsinə görə, birinci yeri 276 nömrəli, ikinci yeri 283 nömrəli, üçüncü yeri 3 nömrəli tam orta məktəbin komandaları tutublar.

Qeyd edək ki, “Məktəblər arasında respublika çempionatı”nın keçirilməsində məqsəd məktəblilər arasında bədən tərbiyəsi və idmanı təbliğ etmək, sinifdənxaric və məktəbdənkənar fəaliyyət sahəsində ümumtəhsil məktəblərinin fəaliyyətlərini qiymətləndirmək, məktəblilərdən ibarət yığma komandanın heyətini müəyyənləşdirmək, idman növü üzrə qalib məktəblərin idmançılarının adiyyəti beynəlxalq yarışlarda iştirakını təşkil etməkdir.


Xəbər 742 dəfə oxundu.