UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub
UEFA Millətlər Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub.

Qrup mərhələsinin son oyun günündə ümumilikdə yeddi görüş keçirilib. Bu nəticələrdən sonra növbəti mərhələyə yüksələn sonuncu 4 komanda müəyyənləşib.

A Liqasının 3-cü qrupunda keçirilən Portuqaliya-Polşa matçında qalib müəyyənləşməyib – 1:1. Portuqaliya qrupu birinci pillədə başa vuraraq pley-off mərhələsinə yüksəlib, Polşa isə A liqasını tərk edib.

B Liqasının ikinci qrupunda İsveç yığması öz meydanında Rusiya millisini 2:0 hesabı ilə məğlub edərək qrupu birinci pillədə tamamlayıb.

C Liqasında isə üç oyun keçirilib. Birinci qrupda Şotlandiya millisi doğma meydanda İsrail futbolçularını 3:2 hesabı ilə məğlubiyyətə uğradaraq növbəti mərhələyə vəsiqəni təmin edib.

Serbiya millisi dördüncü qrupu lider kimi tamamlayıb. Son turda Litvaya qalib gələn Serbiya Monteneqro və Rumıniya üçün əlçatmaz olub.

D Liqasının üçüncü qrupunda Malta ilə Farer adaları ilə 1:1 hesablı heç-heçəyə razılaşıblar. Bu qrupdan Kosovo millisi növbəti mərhələyə yüksəlib. Azərbaycan komandası isə ikinci yeri tutub.

Xəbər 664 dəfə oxundu.